Tramp İranı yeni zərbələrlə hədələyib | VİDEO

   Tramp İranı yeni zərbələrlə hədələyib    | VİDEO
  22 İyul 2025    Oxunub:624
ABŞ prezidenti Donald Tramp zərurət yaranarsa, Vaşinqtonun yenidən İranın nüvə infrastrukturuna zərbə endirəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Amerika lideri özünün “Truth Social” social şəbəkəsində belə paylaşım edib.
İranın Xarici İşlər naziri Abbas Əraqçinin əvvəlki zərbələrin vurduğu ciddi ziyanla bağlı açıqlamasına münasibət bildirən Donald Tramp vurğulayıb ki, ABŞ lazım bildiyi təqdirdə bu zərbələri təkrarlamağa hazırdır.

Bundan əvvəl Abbas Əraqçi ABŞ-nin hücumlarından sonra ölkədə uranın zənginləşdirilməsinin dayandırıldığını açıqalayıb. O, nüvə obyektlərinə dəymiş ziyanın əhəmiyyətli olduğunu etiraf etsə də, Tehranın nüvə proqramından əl çəkmək niyyətində olmadığını vurğulayıb.
İran XİN-in rəhbəri həmçinin gələcəkdə Vaşinqtonla birbaşa və bərabərhüquqlu danışıqların aparılmasının mümkünlüyünü istisna etməyib.

Bununla belə, iyulun 19-da İran parlamentinin Milli Təhlükəsizlik komitəsinin üzvü Ebrahim Rezayi bildirib ki, sanksiya təzyiqləri davam edərsə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   İran   hədə  



Xəbər lenti